Torpaq Analizi Niyə Hər Bir Fermer Üçün Vacibdir?
Torpaq analizi-torpağın qida maddələrinin tərkibini, quruluşunu və digər xüsusiyyətlərini qiymətləndirən diaqnostik bir vasitədir. Fermerlər torpaq nümunələrini analiz etməklə əsas qida maddələrinin səviyyəsini, pH (turşu-əsas) balansını, üzvi maddə miqdarını və bitki inkişafı üçün vacib olan digər amilləri müəyyən edə bilirlər. Və məhz bu məlumatlar gübrələmə, bitki seçimi və torpaq idarəetməsi ilə bağlı daha düzgün qərarlar qəbul etməyə kömək edir.
Şübhəsiz ki, sağlam torpaq uğurlu fermerliyin əsas təməlidir. Dolğun torpaq analizi bitkilərin güclü inkişafını dəstəkləyir, qida maddələrinin mənimsənilməsini yaxşılaşdırır və dayanıqlı ekosistemin formalaşmasına kömək edir. Bu bloqda sizinlə birlikdə torpaq analizinin kənd təsərrüfatında niyə vacib olduğu daha ətraflı öyrənəcəyik. Həmçinin müntəzəm analizlərin faydaları, onu etməməyin riskləri və bu prosesə necə başlamaq barədə də məlumat əldə edəcəksiniz.
Torpaq Testi Gübrələmənin Bütün Komponentlərini Tam Nəzərdən Keçirdir
Birillik bitkilər üçün torpaq nümunələri məhsul yığımından sonra götürülməlidir.Çünki fermer gübrələmə idarəetməsini planlaşdırmaq üçün kifayət qədər vaxt qazanır.Bir sözlə, fermerin torpağını nə qədər tez-tez analiz etdirməsi tamamilə onun öz qərarından-yəni torpağın keyfiyyətinə və daha yüksək məhsuldarlığa investisiya etməyə hazır olub-olmamasından asıllıdır.
Tövsiyə olunur ki, torpaq analizi hər 3–4 ildən bir aparılsın. Lakin mümkün qədər tez-tez analiz etmək daha arzuolunandır, xüsusilə növbəli əkin sistemində birillik bitkilər yetişdirilərkən-bu halda hər üçüncü məhsuldan sonra analiz götürülməsi məsləhət görülür.
Torpaq Nümunəsi Analiz üçün düzgün necə götürülməlidir?

Torpaq nümunəsi götürmək sadəcə test üçün dəst almaq və ya bir parça torpağı laboratoriyaya aparmaq demək deyil. Torpaq analiz hesabatında bu vacib məlumatlar təqdim olunur: torpağın şorlaşması, elektrik keçirmə və s. Adətən nümunələr xüsusi zond vasitəsilə götürülməlidir, zond olmadıqda isə ən yaxşı alternativ alətdir-kürəkdir.
Nümunə götürmə üsulları: 1)Şəbəkə üsulu, 2)Z-sxem üsulu, 3)Diaqonal üsul və ya Çoxillik bitkilər üçün xüsusi sxem.
Kürəklə nümunə götürmə qaydası
- Çuxur qazın
- Çuxurun divarı boyunca torpaq şaquli şəkildə kəsin
- Kürək torpaq tökülməyəcək şəkildə çıxarın
- Kürəyin sol və sağ tərəfindən təxminən 5 sm torpaq götürməlisiniz
- Kürəyin ortasında qalan hissə nümunə hesab olunur
Bitki növünə görə nümunə dərinliyi
Nümunələr bitkilərin kök zonasına uyğun dərinlikdən götürülməlidir:
- Tarla bitkiləri: 0–30 sm
- Çoxillik bitkilər (bağlar, üzümlüklər): 0–30 sm və 30–60 sm
Analiz üçün yekun nümunə sahənin müxtəlif yerlərindən (20–25 nöqtədən) götürülmüş torpaqların qarışdırılması ilə hazırlanır. Əgər sahə mailidirsə, 5 hektardan böyükdürsə və ya torpaq tipi fərqlidirsə, daha çox nümunə götürülməlidir. Qarışdırıldıqdan sonra təxminən 1 kq torpaq ayrılır.
Nümunənin götürdükdən sonra aşağıda qeyd olunan məlumatları əlavə etməyə unutmayın

Nümunə plastik torbaya qoyulmalı və üzərində aşağıdakılar qeyd edilməlidir:
- Sahibin adı və ünvanı
- Sahənin adı və ya nömrəsi
- Nümunə götürmə dərinliyi
- Əvvəlki bitki və tətbiq olunan gübrə barədə məlumat
- Planlaşdırılan və ya əkilmiş bitkinin adı
- Nümunə götürülmə tarixi
Torpaq Analizi Məhsuldarlığı və Keyfiyyəti Artırır
Torpaq nümunələrinizi topladıqdan sonra onları analiz üçün laboratoriyaya göndərməlisiniz. Əksər kənd təsərrüfatı laboratoriyalarının təqdim etdiyi əsas torpaq analiz paketinə torpaq pH-ı və çıxarıla bilən P, K, Ca, Mg və mikroelementlərin ölçülməsi daxildir. Siz laboratoriya vasitsilə çıxarıla bilən qida maddələri ölçə bilərsiniz. Qeydə alın ki, torpaq test nəticələrinin göstəriciləri müxtəlif laboratoriyalar arasında fərqli ola bilər. Buna görə torpaq analizi üçün eyni laboratoriyadan davamlı istifadə tövsiyyə olunur.
Torpaq analizi büdcənizə qənaət edir
Laboratoriya hər torpaq testinin nəticəsini şərh edir və buna uyğun gübrə tövsiyələri də verə bilər. Və bu nəticələri fermerlər regional qaydalara əsasən müstəqil şəkildə də şərh edə bilərlər. Nəzərə alın ki, digər regionların və mənbələrin şərhlərinə əməl etmək düzgün deyil, çünki metodlar və tövsiyələr bölgədən asılı olaraq dəyişir. Aqronom, məsləhətçi və ya sahə mütəxəssisləri tövsiyələrin düzgün başa düşülməsinə və ən yaxşı tədbirlərin seçilməsinə kömək edə bilər.
Torpaq analizi, əgər torpaqda vacib qida maddələri çatışmırsa, bitkinin tələbatını ödəmək üçün gübrə tətbiqini qeyd edir. Və ən əsası,bəzi qida maddələrinin artıq olması halında lazımsız gübrə tətbiqi etibarsız sayılır-bu həm əlavə xərclərin, həm də ətraf mühitə təsirin qarşısını alır. Torpaq analizi hər iki problemin qarşısını almağa kömək edir.
Eyni bitki və sahə üçün belə, gübrə tətbiqi proqramları mövsümdən mövsümə dəyişə bilər. İllik torpaq analizi torpağın xüsusiyyətlərinə və qida ehtiyatlarına gübrələmə proqramının təsirini anlamağa imkan verir və bu da hər mövsüm üçün ən uyğun tətbiq proqramını seçməyə kömək edir.
Beləliklə, torpağınızın real potensialını üzə çıxarmaq və məhsuldarlığınızı davamlı şəkildə artırmaq istəyirsinizsə, düzgün analiz və peşəkar yanaşma vacibdir. Məhz bu məqsədlə, Nutri Agro yalnız yüksək keyfiyyətli gübrə və bitki bəsləmə–qoruma vasitələri təqdim etmir, eyni zamanda torpaq analizinin nəticələrinə əsaslanan fərdi gübrələmə həlləri və peşəkar məsləhət xidməti ilə hər addımda yanınızda olur. Qüsursuz torpaq, sağlam bitki və yüksək məhsul üçün bu gün doğru qərar verin.


