Münbit torpaq yalnız iqtisadi qazanc gətirmir – həm də ekoloji faydalar təmin edir və sizə hər iki üstünlüyü verir. Bugün biz torpağın münbitliyini artırmaq üçün ən effektiv yollarını sizinlə bölüşəcəyik.
Torpağın münbitliyi nədir?

Torpağın münbitliyi torpağın qida maddələrini təmin etmək və bitki böyüməsini dəstəkləmək qabiliyyətidir. Bu, torpağın üç əsas qarşılıqlı təsir edən komponentinin birgə təsiridir: kimyəvi, fiziki və bioloji xüsusiyyətlər.
- Bioloji-Bu, torpaqdakı canlı orqanizmləri əhatə edir, o cümlədən bakteriyalar, göbələklər, nematodlar, torpaq qurdları və s. Məsələn, torpaq qurdları çürüyən bitki materialını yeyərək və hava ilə suyun keçə biləcəyi kanallar yaradaraq sağlam torpaq quruluşunun formalaşmasına kömək edir.
- Fiziki-Torpağın fiziki quruluşuna aiddir, buna hissəcik ölçüsü və sıxlaşma, suyu saxlamaq və drenajı təmin etmək qabiliyyəti daxildir. Torpaq sıxlaşdıqda, suyun keçməsi çətinləşir və bu, suyun yığılmasına səbəb ola bilər. Kök inkişafı və hava hərəkəti torpaq sıxlaşması səbəbindən zəifləyə bilər.
- Kimyəvi-Kimyəvi xüsusiyyətlər torpağın pH səviyyəsini və qida maddələrini əhatə edir. Üzvi maddə azot (N) və fosfor (P) kimi qida maddələrinin ehtiyatıdır və bu maddələr mineralizasiya vasitəsilə torpağa əlçatan olur. Torpaqdakı hər 1% üzvi maddə təxminən 1000 kq üzvi azot və digər qida maddələrini ifadə edir.
Torpaq analizi məhsuldarlığı maksimuma çatdırmaq üçün ilk addım olmalıdır. Dəqiq analiz vasitəsilə siz torpağın münbitliyini artırmaq və ot-yem istehsalını dəstəkləmək üçün effektiv və qənaətli addımlar ata bilərsiniz.
Torpağın münbitliyini necə artırmaq olar

Torpaq testi edin: Qida maddələrinin səviyyəsini idarə etmək üçün müntəzəm torpaq analizi vacibdir. Məqsədyönlü gübrə tətbiqi qida səviyyələrini düzəldir və həm torpaq, həm də bitki məhsuldarlığını artırır.
Gübrə ehtiyaclarını planlaşdırın: Gübrə bahalı resursdur, buna görə sahənin tələblərinə uyğun səmərəli tətbiq olunmalıdır – burada GPS sistemi kömək edə bilər. Gübrə yalnız uyğun hava şəraitində verilməlidir ki, axıntı minimuma ensin və su mənbələri qorunsun.
Torpaq növünüzü anlayın: Torpağınızın üstünlüklərini və çətinliklərini müəyyən edin və torpaq quruluşunu qorumaq üçün uyğun tədbirlər görün.
Əhəng tətbiqi: Torpaq testində ehtiyac müəyyən edilərsə tətbiq edin. pH səviyyəsini əkəcəyiniz bitkiyə uyğun tənzimləyin. Optimal səviyyə ot üçün 6.2–6.5, ot-yonca qarışıqları üçün isə 6.5–7.0-dır.
Torpaq indeksinə əsasən P və K səviyyələrini qoruyun: Bu, heyvan sıxlığı və istehsal sistemindən asılıdır. P normanızın olub-olmadığını yoxlayın və çatışmazlıqları aradan qaldırmağa çalışın. Maye peyin P və K səviyyələrinin qorunmasında vacib rol oynayır. Məqsəd tələbatı ödəməkdir, onu aşmaq deyil.
Maye peyini test edin: Bu, onun qida dəyərini müəyyən etmək üçündür. Analiz artıq və ya az gübrələmənin qarşısını almaq üçün ən yaxşı üsuldur.
Torpaq növlərinin idarə olunması

Torf torpaqları
Torf torpaqlarında bitki yetişmə mövsümündə lazım olduqda fosfor (P) və kalium (K) tətbiq edin, çünki torf gübrəni saxlamaqda zəifdir.
Qumlu torpaqlar
Fosforu gec payız və ya qışda tətbiq etməyin, çünki qumlu torpaqlardan tez yuyulub gedir. Ən yaxşı nəticə yazda və yayın əvvəlində əldə olunur. Az-az, lakin tez-tez tətbiq etmək daha məqsədəuyğundur.Kalium yaz və yay aylarında kiçik miqdarlarda daha effektivdir. Daha böyük miqdar tələb olunduqda isə payızda tətbiq edin.
Yüksək molibdenli torpaqlar
Molibden (Mo) bitkilər üçün vacib mikroelementdir, lakin torpaqda çox olduqda otlayan heyvanlarda mis çatışmazlığına səbəb ola bilər. Bu səbəbdən yüksək Mo olan torpaqlarda pH səviyyəsini 6-dan yuxarı qaldırmayın.
Beləliklə, torpaq münbitliyini artırmaq qısa müddətli bir proses deyil, davamlı bir prosesdir. Və düzgün icra olunanda, daha yüksək məhsuldarlıq əldə edə,torpağın keyfiyyətini uzun müddət qoruya bilib və ekoloji baxımdan daha davamlı kənd təsərrüfatı qura bilərsiniz



Comments are closed