Meyvə Ağaclarının Düzgün Gübrələnməsi Qaydaları

Meyvə ağacları yetişdirmək çox faydalı və ürəkaçan bir işdir, lakin sağlam böyümə və bol məhsul əldə etmək üçün yalnız su və günəş işığı kifayət deyil. Meyvə ağacları üçün gübrələr ağacların güclü köklər inkişaf etdirməsi, sabit böyüməsi və bol, keyfiyyətli meyvə verməsi üçün lazım olan əsas qida maddələrini təmin edir. 

Meyvə ağacları hər il böyümə və meyvə istehsalı zamanı torpaqdan qida maddələrini götürür. Əgər bu maddələr yenidən bərpa edilməzsə, ağacın böyüməsi zəifləyə bilər, yarpaqlar sarala bilər və meyvələr kiçilə və ya yetişməzdən əvvəl tökülə bilər və həmçinin ağaclar bəzi xəstəliklərə qarşı daha həssas ola bilər.

Biz bugün meyvə ağaclarını gübrələmək üçün doğru vaxtı, meyvə verən ağaclar üçün ən uyğun gübrəni necə seçməyi və torpaq sağlamlığına zərər vermədən gübrəni effektiv tətbiq etmək üçün praktik məsləhətlərdən danışacayıq.

 Meyvə Ağacların Ən Vacib Gübrələmə Qaydaları

1.Torpaq Analizini Aparın-Gübrəni tətbiq etməzdən əvvəl mövcud qida maddələri haqqında aydın təsəvvür əldə edin. Torpağınızı test edərək NPK-nın (azot, fosfor və kalium) səviyyələrini, həmçinin sizin bitkilərinizə və ya taxıla mənfi təsir göstərə biləcək digər vacib elementləri müəyyənləşdirin. Bu çatışmazlıqlara uyğun olaraq nisbətləri tənzimləyin və həddindən artıq tətbiq səviyyədə işlətməyin.

2.Meyvə Ağaclarına Gübrəni Düzgün Üsullarla Tətbiq Edin

Meyvə ağaclarını gübrələməyin ən effektiv yolu gübrəni damlama xətti boyunca-qısacası yarpaqlardan suyun damladığı ağac çətirinin ən kənar dairəsi ətrafına tətbiq edin. Bu şəkildə qida maddələri ağacın kök zonasına çatır və ən yaxşı səviyyədə hopdurulur.

Meyvə Ağacınız üçün Düzgün Gübrə Seçmə Prosesi

Gübrələrin üzərində Azot (N), Fosfor (P) və Kaliumun (K) nisbətini göstərən üç rəqəmli kod olmalıdır. Meyvə ağaclarınız üçün ideal N-P-K nisbətini bilmək müəyyən meyarlardan asılı ola bilər, o cümlədən:

  1. Ağacın yaşı: Gənc ağaclar adətən sağlam böyümə üçün daha çox azota ehtiyac duyur, halbuki yetkin və bar verən ağaclar daha balanslı və ya kalium üstünlük təşkil edən gübrələrdən daha çox faydalanır.
  2. Meyvənin növü: Fərqli meyvə ağaclarının qida maddələrinə tələbatı mövsumdən asılı olaraq dəyişə bilər (sitrus ağacları ümumiyyətlə azotdan daha çox kaliuma ehtiyac duyur). Azotla zəngin gübrələr vacib qida maddələrinin nəzarətli paylanmasını təmin edir.
  3. Torpaq şəraiti: Torpaq analizi torpağınızdakı mövcud qida səviyyəsinin aydın göstəricisidir və gübrəni seçmə prosesində kömək edir.

Meyvə Ağaclarınız üçün Orqanik yoxsa Sintetik Gübrələrdən istifadə etmək lazımdır?

Orqanik gübrələr: Heyvan peyini, kompost və bitki mənşəli qarışıqlar kimi təbii maddələrdən əldə olunur. Qida maddələrini zamanla özündə toplayıb, torpağın sağlamlığını yaxşılaşdırır və faydalı mikroorqanizmlərin fəaliyyətini təşviq edir. Amma bəzi hallarda qida maddələrinin sürətli təsirini təmin etməyə bilər.

Sintetik gübrələr: Qida maddələrini konsentrat formada saxlayır. Xüsusi qida çatışmazlıqlarını aradan qaldırmaqda effektiv ola bilər, lakin həddindən artıq istifadə edildikdə torpağın uzunmüddətli sağlamlığına ziyan vura bilər.

Meyvə ağaclarınızın qida ehtiyaclarını anlamaq onların maksimum sağlamlığı və məhsuldarlığı üçün əsasdır. Bununla siz, ağacın böyüməsini, meyvənin keyfiyyətini və ümumi məhsuldarlığı birbaşa və nəzərəçarpacaq dərəcədə yaxşılaşdıra bilərsiniz. Bizim kiçik bələdçi bloqumuzdan mənbə kimi istifadə edin və meyvə ağaclarınıza layiq olduqları qayğını göstərin.

NutriAgro ilə Bağınızı Abadlaşdırın

NutriAgro-nun məhsulları bir çox bitki növlərində məhsuldarlığı maksimuma çatdırmaq, məhsul keyfiyyətini yaxşılaşdırmaq, qida maddələrinin əlçatanlığını artırmaq və daha çox üstünlüklər əldə etmək üçün tətbiq olunur. Daha ətraflı məlumat üçün bu gün bizimlə əlaqə saxlayın!

Comments are closed