Zolaqlı qübrələmə ənənəvi torpaq qübrələmə üstünlüklərini, şumlanmayan üsulun torpağı qoruyan üstünlükləri ilə birləşdirir. Bu aşağı müdaxiləli, hədəflənmiş qübrələmə yanaşması yalnız məhsulun əkiləcəyi dar torpaq zolağının becərilməsindən ibarətdir; sahənin təxminən üçdə ikisi boyunca bu zolaqların hər iki tərəfində qübrələnmiş torpaq və bitki qalıqları saxlanılır.
Bugün biz zolaqlı gübrələmə prosesindən haqqında ətraflı məlumat verib və bu üsulu tədbiq etmək üçün gənc fermerləri hazır vəziyyətə salacayıq.
Zolaqlı qübrələmənin üstünlükləri
Ənənəvi becərilmiş sahələrdə yağan yağışın 20%-i birbaşa səth axınına çevrildiyi halda, zolaqlı becərmə (qübrələmə) sahələrində bu göstərici cəmi 12% olmuşdur. Səth axını ilə daşınan çöküntü (torpaq hissəcikləri) zolaqlı becərmə (qübrələmə) sahələrində ənənəvi sahələrlə müqayisədə 87% azalmışdır.
Zolaqlı qübrələmə soyuq və rütubətli iqlimlərdə də üstünlük verir. Yaz aylarında (aprelin ortasından mayın sonuna qədər) torpaq temperaturunda ənənəvi becərmə ilə müqayisədə təxminən 2°C fərq müşahidə olunur.
Qarğıdalı torpaq temperaturuna çox həssasdır və bu fərq yalnız əkinin başlama vaxtına deyil, həm də son məhsuldarlığa təsir göstərə bilər.
Zolaqlı qübrələmənin tətbiqi

Zolaqlı qübrələmə yalnız növbəti məhsulun əkiləcəyi 15–30 sm enində zolaqlarda aparılır. Qalan sahə toxunulmamış saxlanılır ki, örtük bitkiləri və ya əvvəlki məhsulun qalıqları torpaq səthində qalaraq onu su və külək eroziyasından qorusun və alaq otlarının inkişafını azaltsın. Becərilmiş zolaqlar növbəti məhsulun səpin cərgələrinin eni ilə uyğunlaşdırılır.
Zolaqlı qübrələmənin digər üstünlükləri
Torpağın yalnız səpin zonasında becərilməsi torpaq sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır və yığım texnikasının torpağa zərər vermədən hərəkət etməsinə imkan yaradır.Cərgədaxili gübrələmə (maye, dənəvər və ya maye peyin) gübrə istifadəsini azaltmaqla yanaşı, cərgələrarası alaq otlarının miqdarını da azaldır.
Səpin zonasında və onun altında torpağın hazırlanması bitki üçün ideal böyümə mühiti yaradır və nəticədə optimal məhsuldarlığı təmin edir.
Payız və yaz aylarında SPX ilə aparılan keçidlər torpağa hava daxil olmasını təmin edir, bu da xüsusilə ağır torpaqlarda quruma və isinmə prosesini sürətləndirir.
Zolaqlı Qübrələmə Nə Zaman Tətbiq Olunur?

Zolaqlı gübrənin kök zonasında yerləşdirilməsi üçün üstünlük təmin edir.Yazlıq bitki üçün zolaqlı qübrələmə payızda və ya yazda edilə bilər; bunun nə vaxt ediləcəyi sahənin torpaq tipindən asılıdır.
• 20%-dən çox gil tərkibli torpaq = Payız zolaqlı qübrələməni qəbul edir
Ümumiyyətlə, payızda daha iri hissəciklərdən ibarət, qaldırılmış zolaq arzuolunandır. Belə zolaq eroziyaya daha az məruz qalır və qış ərzində şaxta təsiri onu parçalayaraq yazda daha bərabər, azca qaldırılmış toxum yatağına çevirir.
Yaz zolaqlı qübrələmədə məqsəd daha incə və daha hamar toxum yatağıdır; adətən əkin texnikasından əvvəl bir keçid yaxşı toxum yatağı əldə etmək üçün kifayətdir.
Əgər siz də təsərrüfatınızda daha effektiv və innovativ yanaşmalar tətbiq etmək istəyirsinizsə, Nutri Agro ilə əlaqə saxlayaraq peşəkar məsləhət və uyğun həllər əldə edə bilərsiniz.




Comments are closed