Bio Gübrələr Nədir və Niyə Getdikcə Populyarlaşır?
Kənd təsərrüfatında yüksək məhsuldarlıq göstəriciləri hər zaman gübrələrdən asılı olub. Lakin torpağın deqradasiyası, ətraf mühitin çirklənməsi və kimyəvi gübrələrin həddindən artıq istifadəsi ilə bağlı narahatlıqlar artdıqca, fermerlər daha dayanıqlı alternativlərə yönəlirlərş. Bu addımlar, gübrələr ətrafında stiqma yaratmağa daha da güclü təkan verir. Amma bu tendensiyanı dəyişdirmək üçün,ekoloji cəhətdən təhlükəsiz həllərdən biri olan bio gübrələr istifadə edilir.
Bio Gübrələr Nədir?
Bio gübrələr-tərkibində canlı mikroorqanizmlər olan təbii maddələrdir. Bu mikroorqanizmlər atmosfer azotunu fiksasiya edib, fosforu həll edərək və faydalı birləşmələri sintez edərək torpağın münbitliyini artırırlar və tarlaların inkişafını dəstəkləyirlər. Ən əsas məqamlardan biri odur ki, kimyəvi gübrələrdən fərqli olaraq, bio gübrələr bitkilərə birbaşa qida vermir; onlar torpağın bioloji proseslərini yaxşılaşdıraraq qida maddələrinin bitkilər üçün daha əlçatan olmasını təmin edir. Üstünlüklərdən biri, Bio gübrələrin torpağın uzunmüddətli sağlamlığının qorunması, sintetik gübrələrdən asılılığın azalması və bitkilərin zərərvericilərə və xəstəliklərə qarşı davamlılığının artmasıdır.
Bio Gübrələrdən İstifadə Qaydaları

Bio gübrə ilə toxum emalı- bio gübrələr toxum emalınıza yüksək dərəcədə vacibdir. Uyğundur: tərəvəz, taxıl, yağlı və meyvə bitkiləri üçün.
Torpağa Tətbiqin Faydaları:
- Torpağın mikrob aktivliyini artırır;
- Qida maddələrinin (N, P, K) əlçatanlığını artırır;
- Kök inkişafını və sabitliyini təmin edir.
İstifadə etmə qaydaları:
- Əsas tətbiq: Bio gübrəni kompostla qarışdırın və əkindən əvvəl tətbiq edin;
- Yan gübrələmə: Məhsulun böyümə dövründə kök zonasına tətbiq edin;
Damcı suvarma ilə qarışdırma: Uyğun bio gübrəni damcı suyuna əlavə edin ki, bərabər paylansın.
Yarpaq vasitəsilə gübrələmə-Maye bio gübrə bu metodla asanlıqla tətbiq olunur və yarpaqlar tərəfindən bitkiyə daha tez çatır.
Niyə yarpaqdan çiləmə yaxşı işləyir:
- Qida maddələri dərhal emal olunur.
- Bitkilərə stressdən (isti, quru hava, və s) bərpa olunmağa kömək edir.
- Çiçəkləmə və meyvəvermə mərhələlərinə təkan verir.
İstifadə etmə qaydaları:
- Bio gübrəni təmiz su ilə qarışdırın.
- Səhər tezdən və ya axşam sulandırın.
- Ən yaxşı nəticə üçün yarpaqların hər iki tərəfini həmişə örtün.
Tətbiq etmə zamanı:
- Çiçəkləmə vaxtı.
- Bitki yavaş böyümə mərhələsinə girəndə.
- Zərərvericilər və ya xəstəliklərdən yaranan stress zamanı.
Beləliklə, siz bio gübrələr vasitəsilə bitkilərinizi/taxılınızı yalnız qidalandırıb, torpaq ekosistemini bərpa edəcəksiniz.
Bio Gübrələrin Növləri

Azot Bio-gübrələri
Azot bitkilər üçün ən vacib qida maddələrindən biridir, lakin əksər bitkilər atmosfer azotunu birbaşa istifadə edə bilməz. Bio gübrələr atmosfer azotunu bitkilərin istifadə edə biləcəyi formaya, məsələn, ammonyak və nitratlara çevirir.
Fosfat Bio-gübrələr (PSB)
Fosfat güclü köklər, çiçəklənmə və meyvələnmə üçün vacibdir, lakin bu element torpaqda həll olunmayan formalarda qalır. Bio gübrə bitkilərin asanlıqla udabiləcəyi həll olunan fosfata çevirir. Bununla bitki böyüməsi sürətlənir, qida maddələrinin udulmasını yaxşılaşır və ümumi bitki sağlamlığını yüksəlir.
Siyanobakterial Bio-gübrələr
Əsasən düyü əkinində istifadə olunur və hər mövsüm taxıla 20–30 kg azot əlavə edə bilər.
Bio gübrələr müasir kənd təsərrüfatında dayanıqlı və ekoloji təmiz istehsalın əsas komponentlərdən biri sayılırlar. Onlar yalnız məhsuldarlığı artırmır, həm də torpağın uzunmüddətli sağlamlığını qoruyur. Eləcədə artan ekoloji problemlər və torpaq deqradasiyası fonunda bio gübrələrin istifadəsinin gələcəkdə daha da geniş yayılacağı gözlənilir.


