Gübrələrin Doğru Saxlanma Qaydaları

Bağçılıq üçün fermerlər bir çox müxtəlif növ gübrələrdən istifadə edirlər və əksər hallarda bu gübrələrin tərkibində zərərli komponentlər olur. Buna görə də onların düzgün və təhlükəsiz şəkildə saxlanılması olduqca vacibdir. Gübrələrin düzgün istifadə olunmaması sağlamlıq problemlərinə, xəsarətlərə və hətta partlayışa səbəb ola bilər. 

Amma, təəsüf ki, hər bir kəs bu risklərdən tam xəbərdar olmur və buna görə də hər bir gübrə düzgün saxlanılmır. Bundan əlavə, gübrələrin saxlanılması ilə bağlı bir çox qaydalar mütəmadi olaraq dəyişir və nəticədə nəzərə alınmalı olan bir çox amillər yaranır. Məhz buna görə də ən vacib məqamlar gübrə üzrə Nutri Agro-nun mütəxəssisi tərəfindən siyahıya alıb və bu məqalədə sizinlə bölüşəcəyik.

Gübrələrin Saxlanması Üzrə Əsas Qaydalar

1. Gübrə saxlanılması üçün xüsusi ayrılmış bina və ya sahədən istifadə edin. Bu sahənin ofislərdən, yerüstü sulardan, qonşu yaşayış evlərindən və su hövzələrindən ayrı olmasına; pestisidlərdən uzaqda yerləşməsinə; həmçinin həddindən artıq istilikdən və sudan qorunmasına əmin olun. Saxlama sahəsi su keçirməyən döşəməyə və ikinci dərəcəli sızma qarşısını alan qoruyucu sistemə malik olmalı, bitki materiallarından və intensiv hərəkət olan yerlərdən uzaqda yerləşməlidir.

2. Saxlama sahəsini qapalı saxlayın və onun gübrə saxlama sahəsi olduğunu aydın şəkildə qeyd edin. Binanın pəncərə və qapılarındakı etiketlər yanğın və ya sızma zamanı fövqəladə müdaxilə edən yanğınsöndürənlərə orada mövcud olan gübrələr və digər məhsullar barədə məlumat verməlidir. Yanğınsöndürən balonların mövcud və dərhal əlçatan olmasını, həmçinin təcili əlaqə məlumatlarının yerləşdirilməsini təmin etməlisiniz.

3. Böyük çəlləkləri və ya kisələri döşəmədən yuxarıda saxlamaq üçün altlıqlardan istifadə edin. Kiçik qablar üçün kənarları deşikli rəflərdən istifadə edin ki, qablar asanlıqla sürüşüb düşməsin. Sızma baş verdikdə polad rəfləri təmizləmək taxta rəflərə nisbətən daha asandır.

4.Turşuları su keçirməyən döşəməyə malik, bütün səthləri sızma halında neytrallaşdırma sahələrdə saxlayın ki, mümkün tökülmələrə qarşı tədbir görülə bilsin. Eləcədə kifayət qədər fərdi mühafizə vasitələrinin mövcud olmasını təmin edin.

5.Mayelər üçün (məsələn, hopdurucu materiallar) və bərk maddələr üçün (məsələn, kürək, xəkəndaz, süpürgə və vedrələr) kifayət qədər sızma təmizləmə vasitələrinin ümumi sahədə olmalıdır.

6.Ümumi istixana ləvazimatlarının saxlanıldığı sahələrdə qida, içki, tütün məmulatları və ya heyvan yemi saxlamaq olmaz.

7. Böyük həcmli çənləri saxlamağı planlaşdırırsınızsa, ən böyük çənin tutumunun 125%-ni saxlayacaq qədər geniş qoruyucu (sızma əleyhinə) sahəniz olmalıdır. Konsentrat məhlullarla xüsusilə diqqətli olun- ikinci dərəcəli qoruyucu sistemdən istifadə edin.

8. Gübrə kisələrini və qutularını xüsusi bıçaq ilə (məsələn, Stanley bıçağı) və ya qayçı ilə açın; açılmış qabları yenidən bağlayın və quru yerdə saxlanmaq üçün anbara yerləşdirmək lazımdır.

9.Gübrələri zədələnmədiyi halda öz qablarında saxlayın; və yadda saxlayın ki etiketlər görünən və oxunaqlı formada olmalıdır. Saxlama üçün heç vaxt qida və ya içki qablarından istifadə etmək olmaz.

10.Kimyəvi maddələri anbara əlavə etdikdə və ya anbardan çıxardıqda inventarı aktiv şəkildə yeniləmək lazımdır.

11. Anbarda aktiv mexaniki temperatur nəzarəti olmalıdır, birbaşa istilik mənbələrinin (pəncərədən düşən günəş şüaları, buxar boruları, sobalar və s.) olmamasını və kifayət qədər havalandırmanın təmin edin.

Gübrələrin düzgün saxlanması onların effektivliyini qoruyaraq, təhlükəsizlik risklərini azaldıb, iqtisadi itkilərin qarşısını almaq üçün vacibdir. Quru mühitdə saxlama, günəşdən qoruma, düzgün qablaşdırma və təhlükəsizlik qaydalarına riayət etmək gübrələrin keyfiyyətini uzun müddət qorumağa imkan verir. Bununlada fermerlər həm məhsuldarlığı artırır, həm də resurslardan daha səmərəli istifadə etmiş olurlar.

Comments are closed